“PROMIS-HIS” xəstəxanaların idarəetmə prosesinin avtomatlaşdırılması üçün yaradılmış informasiya sistemidir. Sistem xəstəxana, hospital, klinika, poliklinika, estetik mərkəzlər, stomatoloji klinikalar və digər tibbi müəssisələrdə istifadə üçün nəzərdə tutulmuşdur. Sistemin əsas təyinatı tibbi, maliyyə və izibati proseslərin tam avtomatlaşdırımasıdır. Sistem Azərbaycanlı mütəxəssislər tərəfindən 2011-ci ildə yaradılmışdır və daim inkişaf etdirilərək son tələbləri və trendləri özündə ehtiva edir. Sistemin tərkibində 60-dan çox altmodul, ölkədə istifadə edilən bütün laborator cihazlarla inteqrasiya, PACS sistemi, Elektron növbə sistemi, loyallıq sistemi, lisenziyalı bütün kassa və posterminal aparatları ilə inteqrasiya, elektron resept sistemi ilə inteqrasiya, giriş-çıxış sistemləri ilə inteqrasiya, mobil tətbiq və digər onlarla bu kimi imkanlar mövcuddur. Sistemin aparıcı modulları ilə aşağıda tanış olmaq olar. Sistemin tam təsviri geniş olduğuna görə təqdimat zamanı göstərmək mümkündür. Sistem tam olaraq veb texnologiyalar əsasında SOA arxitekturasında hazırlanmışdır. Buna görə də tətbiqi və istifadəsi olduqca asandır.
PROMİS-HİS tibb müəssisələrinin avtomatlaşdırılmış informasiya sistemidir. Sistemin vasitəsilə müəssisənin idarə edilməsi və keyfiyyətli xidmətin təşkili asanlıqla mümkündür.
Sistemin quraşdırılması üçün müəssisə daxilində server avadanlıları və şəbəkə infrastrukturunun olması tələb olunur. Bundan əlavə sistemin bulud əsaslı versiyasını da internet üzərindən istifadə etmək mümkündür.
Mütəxəssislərimiz sistemə 7/24 dəstək xidməti göstərir. Sistemə əlavələr, dəyişikliklər və digər istəklər analitiklərimiz tərəfindən təhlil edildikdən sonra icrası mümkündür.
Sistemlə ətraflı tanış olmaq üçün bizə müraciət edin, biz sizə ətraflı təqdimat hazırlayaraq təqdim edərik. Mütəxəssislərimiz bütün suallara aydınlıq gətirərək sistem haqqında tam təsəvvür yaranmasına yardımçı olacaqlar.