PROMIS

PROMİS – PACS Sistemi

“PROMIS-PACS” (Picture Archiving and Communication System) — Tibb müəssisələrində tibbi görüntülərin (rentgen, MRT, KT və s.) rəqəmsal formatda saxlanılması, ötürülməsi və paylaşılması üçün istifadə olunan arxiv və kommunikasiya sistemidir. Bu sistem sayəsində həkimlər istənilən görüntünü sürətli şəkildə əldə edə, paylaşa və təhlil edə bilirlər. Ənənəvi film əsaslı görüntüləmə üsullarına ehtiyac qalmadan, görüntülər rəqəmsal arxivdə uzun müddət təhlükəsiz saxlanılır. PACS sistemi xəstəxanaların digər informasiya sistemləri (məsələn, HIS və RIS) ilə inteqrasiya oluna bilər, bu da iş proseslərini daha səmərəli və çevik edir. Nəticə etibarilə, diaqnostika müddəti qısalır, səhvlər azalır və pasiyentə göstərilən tibbi xidmətin keyfiyyəti artır.

Tez-tez verilən suallar

Bəli, PACS sistemi HİS sistemi olmadan da ayrıca qurula və istifadə edilə bilər. Sadəcə radioloji xidmətlər göstərən müəssisələr sistemi müstəqil şəkildə istifadə edə bilər.

HİS sistemi PACS sistemi ilə inteqrasiya mühitində çalışır. Belə ki, HİS vasitəsilə qeydiyyata alınmış və xidmət almış pasientin DİCOM məlumatları PACS sistemində saxlanılır və lazım olduğu təqdirdə HİS sistemində görüntülənə bilir

Bəli, PACS sistemində görüntülərin çapı, eləcə də elektron daşıyıcıya yazılması mümkündür.

Bütün məhsullar

Ətraflı məlumat üçün bukleti yüklə