PROMIS

Haqqımızda

Sistem haqqında ətraflı məlumat almaq üçün qısa təqdimat videosu ilə tanış ola bilərsiniz
PROMİS
PROMİS

15

il sizinlə

PROMİSTarixçəmiz

Şirkətimizin təməli 2011-ci ildə qoyulub. O zamanlar biz – texnologiyaya inanan bir qrup mütəxəssis – ölkəmizdə tibb sahəsinin avtomatlaşdırılmasına ciddi ehtiyac olduğunu görərək bu yola çıxdıq. Mövcud sistemlərin lokal tələblərə uyğun gəlməməsi bizi yerli və effektiv həllər üzərində düşünməyə vadar etdi. Bu yanaşma ilə ilk məhsullarımızı hazırladıq və tibb müəssisələrinin gündəlik işlərini asanlaşdırmağa başladıq. 2014-cü ildən etibarən fəaliyyətimizi rəsmi olaraq şirkət formasında davam etdirdik. O vaxtdan bu günə qədər, onlarla klinika, xəstəxana və laboratoriya bizim sistemlərimizdən istifadə edərək öz iş proseslərini rəqəmsallaşdırıb və optimallaşdırıb.

PROMİSMissiyamız

Bizim əsas missiyamız – tibb müəssisələrini müasir texnologiyalarla təchiz etmək, onların çevik idarəetmə və nəzarət imkanlarını gücləndirməkdir. Biz yalnız proqram təminatı təqdim etmirik – hər bir müəssisəyə uyğun fərdi yanaşma göstərir, ehtiyaclarını analiz edir və ona uyğun, çevik və funksional həllər hazırlayırıq. Təqdim etdiyimiz bütün sistemlər tam yerli istehsaldır və yerli reallıqları nəzərə alaraq sıfırdan hazırlanır. Bu bizə sürətli dəstək, daim yenilənən texnologiya və müştərilərin problemlərinə yönəlik hələr hazırlamağa imkan yaradır.

PROMİSGələcəyə Baxış

Biz texnologiyanın inkişafı ilə tibb sahəsində daha təhlükəsiz, daha çevik və daha şəffaf sistemlərin qurulacağına inanırıq. Məqsədimiz – Azərbaycanın səhiyyə sistemini qlobal texnologiya standartlarına uyğunlaşdırmaqla yanaşı, öz innovativ məhsullarımızla beynəlxalq bazarda da söz sahibi olmaqdır. Davamlı inkişafa, insan sağlamlığını ön planda tutan texnoloji həllərə və müştəri məmnuniyyətinə sadiq qalaraq gələcəyə inamla addımlayırıq.

PROMİS
PROMİS

30+

Avtomatlaşdırılmış xəstəxana

PROMİS

5000+

Məmnun istifadəçi

PROMİS

70+

İnteqrasiya edilmiş cihaz

PROMİS

60+

Sistem modulu

PROMİSBizimlə əməkdaşlıq üçün əsas səbəblər

Sizinlə əməkdaşlıq etməkdən məmnun olarıq. Bizi fərqli edən əsas üstün səbəblər bunlardır:

  • Tibbi proseslərin dərin analitikası
  • Peşəkar texnki heyət
  • İnnovativ düşüncə tərzi
  • 24/7 dəstək xidməti
  • Müştəriyə fərdi yanaşma
  • Çeşidli məhsullar
PROMİS