PROMIS

PROMİS – Laboratoriya İdarəetmə Sistemi

“PROMIS-LİS”  tibbi laboratoriyalarda idarəetmə prosesinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur. Sistem xəstəxana daxilində və ya müstəqi fəaliyyət göstərən tibbi laboratoriyalarda istifadə oluna bilər. LİS sistemində 50-dən çox laborator cihazla inteqrasiya imkanı mövcuddur. Ölkədə istifadə edilən bütün növ laborator cihazlar inteqrasiya oluna bilir. İnteqrasiya prosesi nəticəsində laborator analizlərin cihaza göndərilməsi və nəticələrin sistemə daxil edilməsi tam avtomat rejimdə insan faktoru olmadan yerinə yetirilir ki, bu da öz növbəsində laborator nəticələrin keyfiyyətinə və dəqiqliyinə səbəb olan əsas amillərdən biridir. LİS sistemi imkan verir ki, bir və ya bir neçə filialı olan laboratoriyalar eyni sistem altında çalışsın. Bir filialdan digərinə avtomatik rejimdə nümunə qəbulu, nəticələrin göndərilməsi mümkündür. Eləcə də digər müəssisələrdə olan laborator cihazları sistemə inteqrasiya etmək və məsafədən istifadə etmək imkanları mövcuddur. Bundan əlavə kənar təşkilatlarla partnyor kimi çalışan laboratoriya sistemi vasitəsilə nəticələri digər sistemlərə göndərə və qəbul edə bilər. LİS sisteminin tərkibində olan mobil tətbiq vasitəsilə öz pasientlərinin analiz nəticələrinə onlayn qaydada baxa bilər, analiz istəyə bilər, nəticələri müqayisə edə və istənilən analiz üçün qiymət hesablaya bilər.

Əsas üstünlüklər

  • Bir neçə filialın birgə fəaliyyəti
    Bir neçə filialı olan laboratoriya bir sistem vasitəsilə bütün filialları, orada olan cihazları vahid sistemə inteqrasiya etməklə idarə edə bilər.
  • Kənar təşkilatlarla inteqrasiya
    Partnyor müəssisələrdən qəbul edilən analizlər, onların nəticələri APİ inteqrasiyası vasitəsilə avtomatik olaraq həmin sistemlərə ötürülür ki, bu da operativliyi artırır və xətaların minimuma enməsini təmin edir.
  • Mobil tətbiq istifadəsi
    LİS mobil tətbiqi analiz verən pasientlərə və onların həkimlərinə imkan verir ki, analiz nəticəsi hazır olan kimi bu barədə bildiriş alsınlar və asanlıqla öz mobil cihazlarından nəticələrlə tanış olsunlar. Mobil tətbiq vasitəsilə xidmət qiymətlərini hesablamaq, nəticələri müqayisəli təhlil etmək mümkündür.
  • Laboratoriya və PACS inteqrasiyası
    DICOM formatlı görüntülər, laborator analiz nəticələri və diaqnostikalar bir kliklə həkimin qarşısında.

Tam avtomat və yarımavtomat cihazlarla inteqrasiya
LİS sistemi 50-dən çox cihazla inteqrasiya edilmişdir. Tələb edilən cihaz əməkdaşlarımız tərəfindən qısa müddətdə sistemə inteqrasiya edilərək tam avtomatlaşmanı təmin edir. İnteqrasiya edilən cihazların bir qismi ilə aşağıdakı siyahıda tanış olmaq olar:

Beckman Access 2
Beckman Coulter AU480
Beckman Coulter AU640
Beckman DXI 800
Siemens Immunilite 2500
Cobas 6000
Cobas C111
Cobas C311
Cobas E411
Cobas İntegra
Sysmex XN1000
Sysmex XT2000i
Sysmex XN450
Sysmex XP300
Sysmex XS500
SysmexCA600
Sysmex KX21N
Mindray BC-3200
Medonic M32
Mythic 22
ALS-20PLUS
BioSystems BA400
Balio
DUS R-300
DyMind
Erba
GenruiFA50
Macura
MindrayBS600M
Mindray C3100
Mindray BC700
MindrayCL900i
MindrayCL1200i
Mindray BC5000
Mindray BC5380
S Blot-3
Tosoh HbA1c
Tosoh HLC-723 G11
Vacusera
Abbot i1000SR
Maglumi X3
Biossays 240 Plus
Mythic22

  • Geniş maliyyə hesabatlılığı
    LİS sistemində bütün növ maliyyə əməliyyatları əsasında geniş hesabatlılıq mövcuddur. Mədaxil, məxaric, saldo hesabatları, bonusların hesablanması, kənar təşkilatlarla hesablaşmalar, əmək haqqı və işçi bonusunun hesablanması və digər bu kimi əməliyyatlar sistem tərəfindən avtomatik qaydada hesablanır.
  • İşçi davamiyyətinə nəzarət
    Giriş-çıxış sistemi ilə edilmiş inteqrasiya sistemdə işçilərin davamiyyətini real rejimdə izləməyə imkan verir.
  • e-nəticə və mobil tətbiq
    Müəsissə istədikdə nəticələri e-nəticə sistemi vasitəsilə onlayn qaydada və ya mobil tətbiq vasitəsilə mobil cihazlar vasitəsilə pasientlərə və göndəriş həkimlərinə çatdıra bilər. Eləcə də onlayn randevu sistemi vasitəsilə qəbulə yazılmanı avtomatlaşdıra bilər.
  • Kuryer modulu
    LİS sisteminin daxilində kuryer altmodulu vasitəsilə kuryerin sifarişi, izlənməsi və nəzarəti mümkündür. Eləcə də loyallıq sistemi vasitəsilə xüsusi aksiyaların həyata keçirilməsi mümkündür.

Tez-tez verilən suallar

Müasir laborator idarəetmə sistemlərini cihaz inteqrasiyası olmadan təsəvvür etmək mümkün deyil. İnteqasiya edilmiş LİS sistemində pasientin nümunələri cihaza barkod vasitəsilə tanıdılır və cihaz avtomatik olaraq lazım olan analizi həyata keçirir. Analiz nəticəsi hazır olduqda avtomatik olaraq nəticələr cihazdan LİS sisteminə göndərilir və bu barədə pasientə, həkimə avtomatik bildiriş göndərilir. Bütün bu prosesdə insan faktoru rol oynamır və proses tam avtomatlaşdırılmış şəkildə baş tutur.

Cihazların sistemlə inteqrasiyası bir neçə saat ərzində baş tutur.

Analiz nəticələri pasientlərə SMS, Whatsup e-mail və push bildiriş vasitəsilə çatdırılır. Eləcə də inteqrasiya edilmiş digər sistemlərə xüsusi APİ vasitəsilə göndərilə bilər.

LİS sistemin inteqrasiya edilən cihazların nəinki eyni otqada, hətta eyni məkanda olması vacib deyil. Fərqli məkanlarda yerləşən cihazları bir sistemə məsafədən internet üzərindən təhlükəsiz qoşulma vasitəsilə inteqrasiya edərək, analiz göndərmək və nəticəsini əldə etmək olar.

Bütün məhsullar

Ətraflı məlumat üçün bukleti yüklə