PROMIS

PROMİS – Xəstəxana İdarəetmə Sistemi

"PROMİS –HİS" tibb müəssisələri üçün Rəqəmsal İdarəetmə Platforması

“PROMIS-HIS”  xəstəxanaların idarəetmə prosesinin avtomatlaşdırılması üçün yaradılmış informasiya sistemidir. Sistem xəstəxana, hospital, klinika, poliklinika, estetik mərkəzlər, stomatoloji klinikalar və digər tibbi müəssisələrdə istifadə üçün nəzərdə tutulmuşdur. Sistemin əsas təyinatı tibbi, maliyyə və izibati proseslərin tam avtomatlaşdırımasıdır. Sistem Azərbaycanlı mütəxəssislər tərəfindən 2011-ci ildə yaradılmışdır və daim inkişaf etdirilərək son tələbləri və trendləri özündə ehtiva edir. Sistemin tərkibində 60-dan çox altmodul, ölkədə istifadə edilən bütün laborator cihazlarla inteqrasiya, PACS sistemi, Elektron növbə sistemi, loyallıq sistemi, lisenziyalı bütün kassa və posterminal aparatları ilə inteqrasiya, elektron resept sistemi ilə inteqrasiya, giriş-çıxış sistemləri ilə inteqrasiya, mobil tətbiq və digər onlarla bu kimi imkanlar mövcuddur. Sistemin aparıcı modulları ilə aşağıda tanış olmaq olar. Sistemin tam təsviri geniş olduğuna görə təqdimat zamanı göstərmək mümkündür. Sistem tam olaraq veb texnologiyalar əsasında SOA arxitekturasında hazırlanmışdır. Buna görə də tətbiqi və istifadəsi olduqca asandır.

Sistemin əsas modulları

  • Pasient kartları və tibbi tarixçələr
    Hər pasient üçün fərdi kart – bütün tibbi qeydlər bir yerdə: anamnez, diaqnoz, resept, əməliyyat protokolları, e-nəticə, mobil tətbiq.
  • Həkimin şəxsi paneli
    Həkimlərə öz iş planlarını, gəlirlərini və pasientlərini izləmək imkanı verən rahat istifadəçi paneli.
  • Əməliyyat və stasionar modulları
    Əməliyyat öncəsi hazırlıqdan son hesabatlara qədər bütün proseslər bir interfeys üzərindən idarə olunur.
  • Laboratoriya və PACS inteqrasiyası
    DICOM formatlı görüntülər, laborator analiz nəticələri və diaqnostikalar bir kliklə həkimin qarşısında.
  • Xəzinə və pul axını nəzarəti
    Nağd və bank əməliyyatları, transferlər və hesabatlar real vaxtda izlənilir.
  • Əmək haqqı və bonus sistemi
    Həkim, personal və marketinq işçiləri üçün avtomatik əmək haqqı və bonus hesablamaları.
  • Sığorta, güzəşt və korporativ paketlərlə tam uyğunluq
    Sığorta şirkətləri ilə müqavilələr, pasient endirimləri və şirkətlərlə hesablaşmalar asanlaşdırılır.
  • Detallı hesabat sistemi
    İstənilən tarix, xidmət və ya modul üzrə dəqiq maliyyə və fəaliyyət hesabatları.
  • İşçi davamiyyətinə nəzarət
    Giriş-çıxış sistemləri ilə inteqrasiya və gündəlik, həftəlik, aylıq davamiyyət üzrə hesabatlılıq.
  • Müəssisənin maliyyə dövriyyəsinə nəzarət
    Müəssisənin maliyyə dövriyyəsinə nəzarət, mədaxil , məxaric, gəlir və balans  hesabatları.
  • İnventar uçotu
    Müəssisənin inventar balansına nəzarət, amortizasiya hesablanması, qalığın çıxarılması.

Tez-tez verilən suallar

PROMİS-HİS tibb müəssisələrinin avtomatlaşdırılmış informasiya sistemidir. Sistemin vasitəsilə müəssisənin idarə edilməsi və keyfiyyətli xidmətin təşkili asanlıqla mümkündür.

Sistemin quraşdırılması üçün müəssisə daxilində server avadanlıları və şəbəkə infrastrukturunun olması tələb olunur. Bundan əlavə sistemin bulud əsaslı versiyasını da internet üzərindən istifadə etmək mümkündür.

Mütəxəssislərimiz sistemə 7/24 dəstək xidməti göstərir. Sistemə əlavələr, dəyişikliklər və digər istəklər analitiklərimiz tərəfindən təhlil edildikdən sonra icrası mümkündür.

Sistemlə ətraflı tanış olmaq üçün bizə müraciət edin, biz sizə ətraflı təqdimat hazırlayaraq təqdim edərik. Mütəxəssislərimiz bütün suallara aydınlıq gətirərək sistem haqqında tam təsəvvür yaranmasına yardımçı olacaqlar.

Bütün məhsullar

Ətraflı məlumat üçün bukleti yüklə