

il sizinlə
Şirkətimizin təməli 2011-ci ildə qoyulub. O zamanlar biz – texnologiyaya inanan bir qrup mütəxəssis – ölkəmizdə tibb sahəsinin avtomatlaşdırılmasına ciddi ehtiyac olduğunu görərək bu yola çıxdıq. Mövcud sistemlərin lokal tələblərə uyğun gəlməməsi bizi yerli və effektiv həllər üzərində düşünməyə vadar etdi. Bu yanaşma ilə ilk məhsullarımızı hazırladıq və tibb müəssisələrinin gündəlik işlərini asanlaşdırmağa başladıq. 2014-cü ildən etibarən fəaliyyətimizi rəsmi olaraq şirkət formasında davam etdirdik. O vaxtdan bu günə qədər, onlarla klinika, xəstəxana və laboratoriya bizim sistemlərimizdən istifadə edərək öz iş proseslərini rəqəmsallaşdırıb və optimallaşdırıb.
Bizim əsas missiyamız – tibb müəssisələrini müasir texnologiyalarla təchiz etmək, onların çevik idarəetmə və nəzarət imkanlarını gücləndirməkdir. Biz yalnız proqram təminatı təqdim etmirik – hər bir müəssisəyə uyğun fərdi yanaşma göstərir, ehtiyaclarını analiz edir və ona uyğun, çevik və funksional həllər hazırlayırıq. Təqdim etdiyimiz bütün sistemlər tam yerli istehsaldır və yerli reallıqları nəzərə alaraq sıfırdan hazırlanır. Bu bizə sürətli dəstək, daim yenilənən texnologiya və müştərilərin problemlərinə yönəlik hələr hazırlamağa imkan yaradır.
Biz texnologiyanın inkişafı ilə tibb sahəsində daha təhlükəsiz, daha çevik və daha şəffaf sistemlərin qurulacağına inanırıq. Məqsədimiz – Azərbaycanın səhiyyə sistemini qlobal texnologiya standartlarına uyğunlaşdırmaqla yanaşı, öz innovativ məhsullarımızla beynəlxalq bazarda da söz sahibi olmaqdır. Davamlı inkişafa, insan sağlamlığını ön planda tutan texnoloji həllərə və müştəri məmnuniyyətinə sadiq qalaraq gələcəyə inamla addımlayırıq.

Avtomatlaşdırılmış xəstəxana
Məmnun istifadəçi
İnteqrasiya edilmiş cihaz
Sistem modulu
Sizinlə əməkdaşlıq etməkdən məmnun olarıq. Bizi fərqli edən əsas üstün səbəblər bunlardır:
